Bakıda 12ci sinifdə oxuyan şagirdlərin sayı

29.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 694 təhsil müəssisəsi fəaliyyət göstərir.

Modern.az xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 511 391 şagirdin təlim-tərbiyəsi ilə 30 110 müəllim məşğul olur.  

Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 41 176, IX siniflərində 45 859, XI siniflərində 32 841, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 148 nəfər təhsil alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью