Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub

04.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 15-dən etibarən başlanılan təmir proqramı çərçivəsində paytaxtın 101 küçə və prospektində işlər yekunlaşıb. 140 gün ərzində orta hesabla hər 33 saatdan bir küçə və ya prospekt təmir olunub.

Bu müddətdə 51 kilometrdən çox yol yenilənib, 784 min 935 kvadratmetr asfalt-beton örtüyü döşənilib. Təmir işləri paytaxtın 12 inzibati rayonunu əhatə edib.

Ümumilikdə 110 küçə və prospekti əhatə edən proqramın 92 faizi tamamlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью