Bakıda 15 yaşlı oğlan itkin düşdü

02.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda 15 yaşlı yeniyetmə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə polisə yeniyetmənin valideyni məlumat verib.

Belə ki, Xətai rayon sakini F.Əliyev polisə müraciət edərək bildirib ki, 2009-cu il təvəllüdlü oğlu Rüfət Əliyev 29 noyabr saat 15:30 radələrində evdən çıxaraq geri qayıtmayıb.

Müraciətlə bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью