Bakıda 15 yaşlı qız İTKİN DÜŞDÜ

02.05.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Bakıda yeniyetmə qız itkin düşüb.

News24.az “lent.az”a istinadən xəbər verir ki, Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır.

Müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью