Bakıda 17 mərtəbəli binadan yıxılan gənc 40 gün sonra öldü

24.09.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda binadan yıxılan gənc ölüb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə avqustun 12-də Xətai rayonu ərazisində baş verib.

22 yaşlı Ömər Qarayev 17 mərtəbəli binanın 3-cü mərtəbəsindəki yaşadığı evin eyvanından yıxılararaq, xəsarət alıb. Həmin vaxtdan xəstəxanada müalicə alan Ö. Qarayev görülən tədbirlərə baxmayaraq, sentyabrın 23-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью