Bakıda 17 təhsil müəssisəsiyaxşı məktəblərin sırasındadır

05.05.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 17 təhsil müəssisəsi daxil olub.

Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bunlar İ.Əfəndiyev adına «Elitar» gimnaziya, 160 saylı klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 saylı texniki-humanitar lisey, 147 saylı texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına «Tərəqqi» liseyi, “Zəngi” liseyi, 291 saylı Ekologiya liseyi, 287 saylı “Zəkalar” liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 saylı məktəb-liseyləri, 145, 161 və 260 saylı tam orta məktəblərdir.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью