Bakıda 17 yaşlı gənc taxta parçaları uddu, xəstəxanalıq oldu | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Bakıda 17 yaşlı gənc taxta parçası udub.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, oktyabrın 14-də 2008-ci il təvəllüdlü yeniyetmə qarın nahiyəsində
Uşaq cərrahları tərəfindən nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.
Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70-80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub.
Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim - taxta parçası olub.
Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.
Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb".
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu