Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Səbail rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.Demokrat.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Mehdiyev Yusif Azər oğlu kiçik elektrik nəqliyyat vasitəsi (skuter - red) ilə hərəkətdə olarkən avtomobil onu vurub.Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.