Bakıda 19 yaşlı qız binadan yıxıldı

24.05.2025

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakının Yasamal rayonunda 19 yaşlı qız hündürlündən yıxılaraq xəsarət alıb.

Lent.az xəbər verir ki, bu haqda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat verib.

Bildirilib ki, Yasamal rayonu ərazisindən 24.05.2025-ci il tarixində saat 18:50 radələrində 19 yaşlı şəxsin (qadın cinsli) hündürlükdən yıxılması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub.

Pasiyent “müştərək travmalar, bel-omba nahiyəsinin travması” diaqnozu ilə tibb müəssisəsinə təxliyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью