Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

27.07.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.

Milli.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 1,5 AZN müəyyən edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью