Bakıda 2 ay 25 gün əvvəl betona çırpılan mopedin sürücüsü ölüb

06.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 2 ay 25 gün əvvəl yol qəzasında xəsarət alan moped sürücüsü ölüb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu il avqustun 9-da 2002-ci il təvəllüdlü Fərid Paşazadə idarə etdiyi mopedlə Atatürk prospekti ilə hərəkət edərkən "Gənclik tuneli"in girişində beton maneəyə çırpılıb. Nəticədə Fərid Paşazadə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq ötən gün Fərid Paşazadə müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью