Bakıda 2 evdə YANĞIN OLDU

31.01.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, bitişik sahəsi 60 m² olan talvarın və yaxınlıqda sahəsi 5 m² olan hinin dam örtüyünün taxta atmaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nəsimi rayonunda isə ümumi sahəsi 25 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью