Bakıda 2 evdən 11 min manat oğurlanıb

14.07.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью