Bakıda 2 mərtəbəli evdə yanğın

10.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yüksək temperaturdan sanitar qovşağının lambirdən ibarət tavanı 8 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью