Bakıda 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək

07.11.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bakı yoltikintiservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yığıncaq dekabrın 25-nə təyin olunub.

Gündəliyə icra orqanının – ASC sədrinin seçilməsi, ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi və digər məsələlər daxil edilib.

Qeyd edək ki, "Bakı yoltikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 951 490 manatdır və qanuni təmsilçisi Ələkbər Əlizadədir. Şirkət Bakıda yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью