Bakıda 2 moped oğrusu SAXLANILDI

29.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Paytaxtın Binəqədi və Yasamal rayonlarında moped oğurlayan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dekabrın 24-də Binəqədi və Yasamal rayonları ərazisində 2 nəfərə məxsus mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 34 yaşlı H.Hüseynov Binəqədi RPİ 5-ci Polis Bölməsinin, 19 yaşlı A.Dadaşov isə Yasamal RPİ 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью