Bakıda 2 nəfər küt alətlə bıçaqlandı

08.12.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Bakının Xətai rayonunda dava zamanı iki nəfər xəsarət alıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Telnov küçəsində baş verib.

Belə ki, 1972-ci il təvəllüdü Cəlilov Tülman Ziyafəddin oğlu ilə 1980-ci il təvəllüdlü Hacıyev Ağabala Akif oğlu dalaşıb.

Dava zamanı hər iki şəxs küt alətlə aldıqları xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью