Bakıda 2 qadın eyni səbəbdən öldü

16.12.2024

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bakıda daha iki nəfər dəm qazından boğulub.

Milli.Az bildirir ki, hadisələrdən biri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı aidiyyəti üzrə rayon prokurorluqlarında araşdırma aparılır. /Lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью