Bakıda 2 qadının xəsarət aldığı qəzanın TƏFƏRRÜATI

19.02.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhəri, Azadlıq prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi yayıb.
Mənbə qeyd edib ki, fevralın 18-i saat 21:30-da Bakı şəhəri, Azadlıq prospekti və Mirəsədulla Qasımov küçəsinin kəsişməsində 77-PL-331 dövlət nömrə nişanlı "Nissan Note" markalı avtomobil ilə 77-UX-573 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində iki qadın xəsarət alıb. Onlar zəruri müayinələrdən keçdikdən sonra evə buraxılıblar.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью