Bakıda 2 yeni kredit təşkilatı yarandı

08.04.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Fıntechcredıt” və "Aventus Azerbaijan" MMC bank olmayan kredit təşkilatlarını (BOKT) dövlət qeydiyyatına alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, "Fıntechcredıt” hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, mənzil 6, "Aventus Azerbaijan"ın hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14A, mənzil 171-dir.

Hər iki BOKT-un nizamnamə kapitalı bu növ maliyyə qurumları üçün müəyyən edilmiş tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Bilal Hilal oğlu Bilallı və Iryna Barskadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью