Bakıda 20 dən çox ölkənin ən güclü rəqqaslarının iştirakı ilə coşğulu həftəsonu başlayır V…
Icma.az bildirir, Milli.az portalına istinadən. Bu həftəsonu Baku Marriott Hotel Boulevard-da Azərbaycan Rəqs İttifaqının (AzDC, prezident -
6 sentyabr saat 19:00-da artistic bal rəqsi (Smooth) üzrə WADF (World Artistic Dance Federation) Dünya Çempionatının və WADF-in bütün üslubl
Tədbir Beynəlxalq Rəqs Şirkəti SRDS (Smooth & Rhythm Dance Style, prezident - Olqa Krasnyanskaya) tərəfindən dəstəklənir.
WADF- bədii rəqsin inkişafına, özünü ifadə azadlığına və yarış proqramlarına innovativ yanaşmaya yönəlmiş aparıcı beynəlxalq rəqs təşkilatlarından biridir.
Federasiya dünyanın müxtəlif yerlərindən rəqqasları bir araya gətirir, yaradıcılıq, yarış və mədəni mübadilə üçün unikal platforma yaradır.
7 sentyabr saat 17:00-da isə Azərbaycanda ilk dəfə keçiriləcək Baku Flow beynəlxalq breyk-dans çempionatının rəsmi açılış mərasimi keçiriləcək.
Qonaqlara müxtəlif istiqamətlər üzrə möhtəşəm rəqs döyüşləri, beynəlxalq səviyyəli hakimlər və titul qazanmış rəqqaslardan ustad dərsləri təqdim olunacaq.
Baku Flow çempionatının əsas məqsədi - breyk-dansın təkcə dəbli və müasir deyil, eyni zamanda fiziki güc, dözümlülük, kreativlik, emosional ifadəlilik və özünəinamın inkişafına kömək edən peşəkar bir idman növü olduğunu nümayiş etdirməkdir.
Tam oxu
Xəbəri oxu