Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bakı Metropoliteninin Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiya “20 Sentyabr” adlandırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən qəbul olunub.
Sənəddə qeyd edilib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən yeni metro stansiyasına “20 Sentyabr” adı verilib.
Qərardan irəli gələn məsələlərin həlli Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-yə tapşırılıb.