Bakıda 20 yaşlı oğlan sevgilisini belə qətlə yetirdi: Gəl qucaqlaşaq, ayrılaq... | Icma.az
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda sevgilisini qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Qürbətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisi ifadə verib.
İttihama görə, bu il aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
O, həmçinin hadisə yerində olan Elnarənin rəfiqəsi Qızqayıt Məmmədliyə də bıçaqla xəsarət yetirib.
Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
Tam oxu
Xəbəri oxu