Bakıda 20 yaşlı qız binadan yıxılıb öldü

19.03.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu gün saat 01 radələrində Bakıda faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, N.Nərimanov prospekti, ev 203 ünvanında qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Turan Adil qızı Şirinli yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью