Icma.az bildirir, GlobalInfo portalına istinadən.
2025-ci ilin yanvar-mart aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1916,1 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az vəsait yönəldilib.
Bakı Statistika İdarəsindən Globalinfo.az-a verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 1228,8 milyon manatı və ya 64,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Beləliklə, Bakı şəhərində 209,8 min kvadratmetr yaşayış evi istifadəyə verilib. Bunun da böyük hissəsi Xəzər rayonunun payına düşüb.