Bakıda 21 kq narkotik aşkarlandı DİN dən əməliyyat

09.02.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

KONKRET.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью