Bakıda 21 yaşlı gənc bıçaqlandı: Vəziyyəti ağırdır

29.11.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Xətai rayonunda baş verən dava zamanı 21 yaşlı gənc bıçaqlanıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vunqtau küçəsində qeydə alınıb.

Masazır qəsəbə sakini, 2005-ci il təvəllüdlü Ramal Ələkbərov Vunqtau küçəsi, bina 16-nın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Bıçaq xəsarətləri alan R.Ələkbərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью