Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakının Nizami rayonunda 1980-ci il təvəllüdlü Səlim qısqanclıq zəminində həyat yoldaşı Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ər-arvadın birgə yaşadıqları evdə baş verib.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Səbinə ilə 23 ildir rəsmi nikahdadır, iki övladı var: “Təxminən 4 ilə yaxındır ailəm və övladlarım ilə birlikdə kirayədə yaşayırıq.
Özüm usta işləyirəm. Bakı şəhərinə gəldikdən sonra həyat yoldaşım Səbinə 75 yaşlı həkimin yanında işlədi.
Həkim ona mütəmadi bazarlıq edib, qızıma kreditlə telefon alıb. Buna görə dəfələrlə aramızda mübahisə olub”.