Bakıda 23 min mənimsəyən "əmlakçı" saxlanıldı

28.08.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxs tutulub.

Axar.az xəbər verir ki, Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью