Bakıda 24 yaşlı gənc dənizdə boğuldu

20.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bakının Sahil qəsəbəsində bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, 2002-ci il təvəllüdlü Bakı şəhər sakini Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğularaq həyatını itirib.

Bildirilib ki, gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью