Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan ərazisində mayın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı ola
Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var