Bakıda 25 gün əvvəl avtomobilin vurduğu qadın öldü

20.08.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakıda avtomobilin vurduğu piyada 25 gün sonra ölüb.

Lent.az xəbər verir ki, hadisə iyulun 25-də Sabunçu rayonu ərazisində qeydə alınıb.

Avtomobil 72 yaşlı piyada İbrahimova Bəsti İbrahim qızını vurub. Yaralı avqustun 19-da yerləşdiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью