Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb

22.10.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

Qətli törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib

Bakıda 25 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da paytaxtın Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub.

Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью