Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR RƏSMİ

11.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Lifttəmir” İstehsalat Birliyinin balansında olan istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər mərhələli şəkildə dəyişdirilir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, son illər ərzində Bakı şəhəri “Lifttəmir” İstehsalat Birliyinin balansında olan 1354 lift müasir liftlərlə əvəz olunub. Alınan liftlərə xidmət göstərilməsi və onların daimi nəzarətdə saxlanılması üçün Mərkəzi Dispetçer Xidməti sistemi qurulub. 
Qeyd edilib ki, Birlik tərəfindən yalnız dövlət mənzil fonduna aid olan binalarda yerləşən liftlərə xidmət göstərilir.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью