Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Bakının Xəzər rayonunda 1997-ci il təvəllüdlü Sevda ailə münaqişəsi zəminində keçmiş qayınanası Tahirəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Albalılıq massivində baş verib. Sevda evinin yaxınlığında olan zaman aralarında yaranmış münaqişə zəminində keçmiş qayınanasını döyüb. Hadisəni törədən Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Sevda ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, keçmiş qayınanasıgil ilə eyni məhəllədə yaşayırlar:
“Mənə məxsus əşyaların qaytarılması ilə bağlı aramızda müəyyən problemlər var. Hadisə günü anam ilə marketdən çıxaraq evə gedən zaman yolda keçmiş qaynanam Tahirə ilə rastlaşdıq. Anam Tahirəyə mənə məxsus olan əşyaları qaytarmasını tələb etdi. O, isə əşyaların onda olmadığını, tapdığı təqdirdə qaytaracağını bildirdi. Bu zaman aramızda mübahisə yarandı. Anam xəstə olduğu üçün Tahirənin yaxasında tutaraq kənara itələdim. Lakin onu vurmamışam. Daha sonra Tahirə yerdən daş parçası götürərək anam tərəfə atdı. Sonra biz oradan ayrılaraq yaşadığımız evə getdik”.
İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə, oğlu Aqil 2023-cü ildə Sevda ilə ailə həyatı qurub:
“Lakin, ailədaxili mübahisələr səbəbindən 1 il əvvəl Tahirə ilə oğlum boşandılar. Məlum hadisə günü evinin yaxınlığında keçmiş gəlinim Sevda və onun anası Səidə ilə rastlaşdıq. Həmin vaxt Səidə mənə yaxınlaşaraq gümüş boyunbağı və qolbaq, özünəməxsus olan pencəyin bizdə qalmasını söylədi, təcili olaraq qaytarmağımı tələb etdi. Sonra əli ilə bir neçə dəfə çiyin nahiyyəmə vurdu. Əşyaları tapan kimi ona qaytaracağımı söyləyən zaman Sevda şillə ilə bir dəfə sağ üz nahiyyəmə vurdu. Mən Sevdanı özümdən uzaqlaşdırmaq üçün yerdən torpaq topasını götürərək ona tərəf atdım. Evə qayıtdıqdan sonra oğluma bu barədə məlumat verdim. Oğlum hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə Sevda aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası alıb.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Albalılıq massivində baş verib. Sevda evinin yaxınlığında olan zaman aralarında yaranmış münaqişə zəminində keçmiş qayınanasını döyüb. Hadisəni törədən Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.