Bakıda 3 ayın gəlininin öldüyü hadisənin TƏFƏRRÜATI

03.02.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verildiyi kimi, Yevlax rayon sakini olan 2 aylıq hamilə qadın dəm qazından boğularaq həyatını itirib.

Avtosfer.az news24.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi evlərdən birində baş verib.

Belə ki, gecə saat 01:00 radələrində 2005-ci il təvəllüdlü Nuranə Elçin qızı Həsənova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyitini yaxınları aşkarlayıblar.

Mərhumun cənazəsi dəfn olunması üçün Yevlaxa aparılıb. Məlumata görə, Nuranə 3-4 ay əvvəl ailə həyatı quraraq Bakıya köçmüşdü. O, 2 aylıq hamilə idi.

***

21 yaşlı Nuranə Elçin qızı dəm qazından boğularaq həyatını itirib.

Avtosfer.az bildirir ki, hadisə paytaxtda baş verib.

Allah rəhmət etsin.

Oxunub 0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью