Bakıda 3 nəfərin meyiti tapıldı

09.02.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bakıda küçədə kişi meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, gecə saat 2 radələrində Nizami rayonu Qara Qarayev prospekti ev 61-in qarşısında üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb.

Fevralın 7-si saat 10 radələrində isə Xətai rayonunun Neapol küçəsində 43 saylı binanın qarşısında 1964-cü il təvəllüdlü T.Abbasov qəfil ölüb.

Digər hadisə isə Nərimanov rayonu İzzəddin Həsənoğlu küçəsində baş verib. Fevralın 7-də saat 17 radələrində 1961-ci il təvəllüdlü M.Nurullayev küçədə yeriyərkən qəfil halının pisləşməsi nəticəsində vəfat edib.

Faktlarla bağlı müvafiq qurum tərəfindən araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью