Bakıda 3 prokurorluq əməkdaşı vəzifədən azad olunub

17.07.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


2025-ci ilin I yarımilində Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun I yarımilə həsr olunmuş əməliyyat müşavirəsi zamanı qeyd olunub.
“Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər”, - Prokurorluğun məlumatında deyilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью