Bakıda 30 yaşlı qadın evdən qızılları oğurladı

07.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 30-da Hövsan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.       

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью