Bakıda 34 yaşlı kişi zavodun həyətində cərəyan vurması nəticəsində ölüb

15.12.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Binəqədi rayonunda itkin düşən şəxsin öldüyü məlum olub.

APA xəbər verir ki, dekabrın 12-də Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüdlü Taleh Şahid oğlu Fehruzlu yaşadığı evdən çıxıb, geri qayıtmayıb.

Araşdırmalarla onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью