Bakıda 35 yaşlı kişi faciəli şəkildə öldü

02.12.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bakıda 35 yaşlı kişi faciəli şəkildə ölüb.

Axar.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью