Bakıda 350 dən çox ümumi təhsil müəssisəsində “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir

11.09.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakının bütün məktəblərində fəaliyyət rəqəmsallaşdırılır, “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Nazir qeyd edib ki, Bakı şəhərində 353 məktəbdə bu layihə tətbiq edilir. Həmin məktəblər 500 mindən çox şagirdi əhatə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью