Bakıda 36 kiloqram uyuşdurucu aşkarlanıb

01.10.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Bakının Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb. Ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

Araşdırma davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью