Bakıda 37 yaşlı kişi bıçaqlandı

07.05.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində baş verib.

37 yaşlı Dünyamalıyev Vüqar Rasim oğlu qarnından kəsilmiş-deşilmiş xəsarətlər alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı Cəlilabad rayon sakini Məmmədli Əhməd Vüqar oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью