Bakıda 38 yaşlı qadın sevgilisinin qətlinə görə saxlanıldı

19.08.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə avqustun 19-da gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью