Bakıda 4 cü sinif şagirdi yoxa çıxdı Polis azyaşlını axtarır

12.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda məktəbli itkin düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, 4-cü sinif şagirdi Əlizadə Ayxan Zəfər oğlu günorta saatlarından yoxa çıxıb.

Onun sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görüldüyü bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, azyaşlı ilə bağlı axtarış elan olunub və onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Görənlərdən və ya məlumatı olanlardan xahiş olunur ki, dərhal əlaqə saxlasınlar: 077 733 05 05

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью