Bakıda 4 nəfər “tok vurma” nəticəsində ölüb

21.11.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, “Lake Hotel” restoranının yaxınlığında restoranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
“Azərişıq” ASC-dən sorğuya cavab olaraq bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью