Bakıda 4 uşaqlı ailədə FACİƏ Ata öldürüldü, ana saxlanıldı

04.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.

Sfera.az xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.

Onların 4 azyaşlı övladının olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(Qafqazinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью