Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 iyul, AZƏRTAC Azərbaycanda iyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.Havanın temperaturu gecə 21-26°, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18°, gündüz 28-33° isti olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.