Bakıda 40 yaşlı qadın öldürüldü Əri saxlanıldı

29.09.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.

42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.

Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью